Interposta.Info

Türk diplomatı öldürənlər barədə hökm verildi – Edam olunacaqlar

Dünya
 11-02-2020, 14:27     385

İraqın Ərbil şəhər məhkəməsi türkiyəli diplomat Osman Kösəni qətlə yetirən 2 nəfər barəsində edam hökmü verib.

Avropa.info xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb. “Rudaw”a açıqlama verən vəkil Birzo Səid bu sözləri deyib:

“Ərbil 2-ci Cəza Məhkəməsi türk diplomatın öldürüldüyü hadisə ilə bağlı 6 nəfərə cəza verdi. 2 nəfər edam, 1 nəfər 1 il həbs, qalan 3 nəfər 2 il həbs cəzası aldı”.

Xatırladaq ki, türk diplomat 2019-cu ilin 17 iyulunda Ərbil şəhərində yerləşən restoranda silahlı hücum nəticəsində öldürülmüşdü.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26