Interposta.Info

Suriya böhranı dalanda: İsrail raketlər endirdi, Putin isə...

Dünya
 16-01-2020, 10:41     382

Moskvada Rusiya liderinin tələbi ilə Türkiyə və Suriyanın təhlükəsizlik xidməti rəisləri görüşüblər; Qabil Hüseynli: “Nə qədər ki, super dövlətlərin Suriyada barmağı var...”
Dünyanın nəzəri ABŞ-İran cəbhəsində olsa da, Yaxın Şərqin qapısı sayılan Suriyada da həyat sakitlik tapmır.

"İnterPosta"nun bildirir ki, “Yeni Müsavat”ın xəbərinə görə, İsrail hərbi aviasiyası Xüms şəhərində yerləşən Suriyanın T-54 hərbi hava bazasına zərbələr endirib.

Hava hücumundan müdafiə sistemləri çoxlu sayda raketi zərərsizləşdirsə də, 4 raket hədəfə dəyib. Ölən və yaralananlarla bağlı məlumat verilməyib.

Suriya səmasında raketlər uçuşduğu vaxtda Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Suriya Təhlükəsizlik Bürosunun rəhbəri Əli Məmlüklə Moskvada görüşüb.

Hakan Fidan Suriye Ali Memlükle Rusyada ile ilgili görsel sonucu

İYİ Partiyasının üzvü, deputat Aydın Sezgin deyib ki, görüş Rusiya prezidenti Vladimir Putinin tələbi ilə baş tutub.

“Onsuz da aşağı səviyyəli görüşlərin olduğu deyilirdi. Artıq rəsmiləşdirildi. Necə rəsmiləşdirildi? Putinin israrı ilə...

Müxalifət uzun zamandır ki, iqtidar və Əsəd arasında danışıqların aparılmasını tələb edirdi. Bu, millətin səsi ilə deyil, Putinin tələbi ilə baş tutdu", - deyə müxalif deputat bildirib.

Suriya böhranı ilə bağlı diplomatik danışıqlar, görüşlərlə paralel hərbi əməliyyatlar da dayanmır. Odur ki, bu regionda hansısa sabitlik olacağını gözləmək olmaz.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Siyasi şərhçi Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, problemin həllində əsas əngəl Bəşər Əsəd rejimidir. Onun fikrincə, Suriya məsələsində müsbət irəliləyiş əldə olunması üçün vəziyyəti çətinləşdirən digər amil isə Astana danışıqları və Cenevrə müzakirələridir: “Rusiyanın başının dəstəsi Astana prosesini başladı və müxaliflərlə danışıqlar oldu, yeni seçki və referendum müzakirə edildi.

ABŞ isə Cenevrədə müzakirələr apardı. Amma bütün bunlar danışıqlar prosesində tormozlanma yaradıb. Əsədin tutduğu mövqeyə görə, hər iki proses işləmir. Digər tərəfdən, Amerikanın təqsiri var, Vaşinqton Suriya müxalifətinin vektorunu hələ də müəyyən etməyib".

Q.Hüseynli deyir ki, Əsəd ABŞ-ın müxalifət saydığı qüvvələri müxalif kimi qəbul etmir, Rusiyanın müxalifət hesab etdiyi gücləri isə müxalif sayır:

“Rusiya İdlibə zərbələr endirməkdədir. Suriyanın ”Milli Azadlıq Ordusu"nu İdlibdən çıxarmağa cəhd edirlər və bu prosesdə mülki əhali qırılır. Türkiyə isə Rusiyanın bu əməliyyatlarının əleyhinədir.

Bir sözlə, Suriya böhranında həm ABŞ-ın koalisiyası, həm də Rusiya tərəfi razılığa gələ bilmir. Nə diplomatik danışıqlarda nəticə var, nə də hərbi əməliyyatları aradan qaldırmaq olur".

Suriya böhranı ile ilgili görsel sonucu

Politoloq istisna etmir ki, hazırda Türkiyənin Hatay bölgəsi ilə sərhəddə yerləşən İdlibdəki prosesə Ankara da cəlb oluna bilər:

“Bu da Türkiyə ilə Rusiya arasında gərginliyə gətirib çıxaracaq. Onsuz da Liviya məsələsində tərəflərin mövqeləri üst-üstə düşmür.

Ona görə böhranın bu il həlli gözlənilmir. Suriya məsələsi illərin söhbətidir. Nə qədər ki, super dövlətlərin Suriyada barmağı var, proses müəyyən qədər inkişaf edib sonra dalana dirənəcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26