Interposta.Info

İsrailli yazar Qərbdə ermənilərin əməllərinə göz yumulduğunu yazır

Dünya / Paradoks
 26-12-2019, 11:23     712

Ölkəmizlə bağlı bir sıra məqalələrin müəllifi olan Maayan Hoffmanın İsrailin “Breaking Israel News” xəbər saytında “Ərazi münaqişələri və beynəlxalq hüquqda ikili standartlar” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, 2019-cu ilin iyul ayında Kanada federal məhkəməsi İordan çayının Qərb sahilində (İudeya və Samariya) istehsal olunan şərabların üzərinə “İsrail məhsulu” sözlərinin yazıla bilməyəcəyinə dair qərar qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində stehsal olunan şərablar Kanadaya “Ermənistan məhsulu” adı altında idxal olunur.

Məqalədə bildirilir ki, İsrailə qarşı sanksiyaların tətbiq edilməsi üçün lobbiçilik fəaliyyəti göstərən BDS (Boycott, Divestment and Sanctions) hərəkatı Fələstinin qaçqın probleminə görə İsrailin məsuliyyət daşıdığını bəyan etdiyi halda, Ermənistanın Azərbaycan ərazisini işğal etməsi və Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməsi ilə bağlı bir çoxları fərqli mövqe nümayiş etdirir. Məqalədə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından seçilən və əslən fələstinli olan üzvü Rəşidə Tlaibin İsrailin yeni saldığı qəsəbələrin beynəlxalq hüququ kobud şəkildə pozduğunu vurğuladığı, lakin digər tərəfdən R.Tlaibin Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalına legitimlik gətirən və qatı ermənipərəst konqresmen Frank Pallon tərəfindən irəli sürülmüş qanun layihəsini dəstəklədiyi qeyd olunub və bunun da ərazi münaqişələri ilə bağlı ikili standartlara növbəti bir nümunə olduğu diqqətə çatdırılıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb edir. Eyni zamanda bildirilir ki, ABŞ hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır və 1988-1994-cü illərdə Azərbaycanın 20 faiz ərazisinin erməni qoşunları tərəfindən işğal olunması faktını qəbul edir. Məqalə müəllifi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə bərabər, azərbaycanlılara qarşı Xocalı da daxil olmaqla bir neçə qətliam da həyata keçirdiyini bildirib və münaqişə nəticəsində məcburi köçkun vəziyyətinə düşmüş 1 milyona yaxın insanın hələ də öz torpağına qayıda bilmədiyini vurğulayıb./musavat.com
My Webpage

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26