Rusiyada terrorçu PKK/YPG-PYD qruplaşması ilə əməkdaşlıq edən təşkilat bağlanıb

Rusiyanın Adıgey Respublikasının Ali Məhkəməsi kürd etnik qrupuna mənsub qadınların hüquqlarını müdafiə etdiyi iddia olunan “Beritan” İctimai Birliyini terrorçu PKK/YPG-PYD qruplaşması ilə bağlı fəaliyyət göstərdiyi üçün bağlayıb.
“Cəmiyyət siyasi fəaliyyət göstərdiyi üçün bağlanıb. Bu, onun nizamnaməsinə və Rusiyanın vətəndaş cəmiyyəti quruluşu haqqında qanunlara ziddidir”, - deyə məhkəmənin açıqlamasında vurğulanıb.
Bildirilib ki, “qadın hüquqlarının müdafiəsi” adı altında bu təşkilatın nümayəndələri İraqdakı Kürdüstan Demokrat Partiyasının aksiyalarına və Türkiyəyə yönəlik siyasi xarakterli açıqlamalar verib.
“Beritan” İctimai Birliyi 2015-ci ildə Adıgey Respublikasının Beloye rayonunda təsis edilib./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26