Interposta.Info

Rus generaldan xəbərdarlıq: Onlar azadlığa buraxılsalar...

Dünya
 19-10-2019, 09:33     10 364

Suriyada İŞİD terrorçularının azadlığa buraxılması regionda vəziyyəti daha da ağırlaşdıra bilər.

Bu sözləri Rusiyanın Atəşəkəsi İzləmə Mərkəzinin rəhbəri, general-mayor Aleksey Bakin deyib.

O bildirib ki, döyüşçülər və ailələri, eləcə də müvəqqəti olaraq düşərgələrdə saxlanılan şəxslər nəzarətdə saxlanılmalıdır:

“Terrorçuların azadlığa buraxılması bölgədəki mövcud vəziyyəti ani olaraq dramatikləşdirə bilər”.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan YPG-nin 750 İŞİD üzvünü azadlığa buraxdığını, onlardan yalnız 195-nin Türkiyə ordusu tərəfindən yaxalandığını açıqlayıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26