Interposta.Info

İraqda nümayişlər “Ərbəin” yürüşünə görədayandırılıb

Dünya
 8-10-2019, 21:56     10 334

İraqda bir neçə gündür davam edən iğtişaşlar dayandırılıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları illərdir ənənəyə çevrilən və milyonlarla insanın qatıldığı “Ərbəin yürüşü”nün yaxınlaşması ilə əlaqədar nümayişləri dayandırıblar.

Aksiyaçılar bldiriblər ki, yürüş iştirakçılarının rahatlığını təmin etmək və hüquq-mühafizə orqanlarına da təhlükəsizliyi qorumaq üçün bu addımı atıblar.

Məlumata görə, aksiyalar “Ərbəin yürüşü”ndən sonra davam etdiriləcək.

Qeyd edək ki, “Ərbəin” mərasimləri 19 oktyabrda keçiriləcək.

Məlumat üçün bildirək ki, Ərbəin günü hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü qeyd edilir. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İslam peyğəmbərinin nəvəsi Həzrəti Hüseyn və tərəfdarları yad edilir, xüsusi mərasimlər keçirilir. Ərbəin günündə dinindən asılı olmayaraq, dünyanın müxtəlif ölkələrindən milyonlarla insan Kərbəla şəhərində yerləşən ziyarətgaha üz tutur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26