Interposta.Info

QMİ Məhərrəm ayının başlayacağı tarixi açıqladı

Müxtəlif
 7-08-2020, 11:44     757

Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq.

Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Aşura günü avqustun 30-na təsadüf edəcək.

F. Nurullayev eyni zamanda qeyd edib ki, oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

QMİ sədrinin müavini deyib ki, avqustun 31-dək ölkədə karantin rejimi olduğuna və 5 nəfərdən artıq adamın bir yerə yığılmasına icazə yoxdur: "Hazırda Məhərrəm ayı ilə bağlı qanvermə aksiyasının necə keçirilməsi məsələsi müzakirə olunur".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26