Türkiyə bu əraziyə ordu yeridir - ABŞ geri çəkilir
ABŞ rəsmiləri Türkiyənin Fəratın şərqinə doğru hərbi əməliyyat başladacağından dolayı narahatdır.
Bu barədə “Vol Strit” jurnalında Qordon Lobold və Nensi Yoossef imzası ilə yayımlanan məqalədə qeyd edilib.
Bildirilib ki, ABŞ NATO müttəfiqi ilə qarşıdurmaya getməmək üçün bölgədən çəkiləcək və nəticədə İŞİD-lə mübarizə sona çatacaq:
“ABŞ dairələri bu həftə Türkiyənin Suriyanın şimal-şərqinə ordu yeridəcəyi ilə bağlı əsaslı sübutlar olduğunu bildirir, belə olacağı təqdirdə amerikalı hərbçilər üçün riskli vəziyyətin yaranacağını qeyd edirlər”.
Bundan əlavə, iddia edilir ki, Türkiyə gələcəkdə YPG-dən təmizlənəcək ərazilərə 2 milyona yaxın qaçqın yerləşdirməyi hədəfləyir./axar.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26