Interposta.Info

Putin Moskvadakı etirazlardan danışdı

Dünya
 20-08-2019, 00:03     10 320

Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putinin görüşü baş tutub.

Axar.az xəbər verir ki, tərəflər rəsmi iqamətgahın yerləşdiyi Breqanson qalasında bir araya gəliblər.

Liderlər mətbuat nümayəndələrinin suallarını cavablayıblar.

***

Rusiya Fransanın iqlim dəyişikliyinə qarşı mübarizəsini dəstəkləyir və bu sahədə səyləri birləşdirməyin vacibliyini bildirir.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Yaxşı bilirik ki, gücləri birləşdirmədən effektiv nəticə əldə etmək çətindir. Biz birgə fəaliyyətə hazırıq”, - deyə Kreml rəhbəri bildirib.

***

Putin görüş zamanı Moskvadakı etiraz aksiyalarına da toxunub.

O bildirib ki, vəziyyəti gərginləşdirməyə heç kimin haqqı yoxdur:

“Moskvadakı etirazlar seçki dövrü ilə bağlıdır. Belə ki, sentyabrda hakimiyyətin regional orqanlarına seçkilər keçiriləcək. Vətəndaşların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq öz sakit etiraz etməyə haqları var. Hakimiyyət buna mane olmamalıdır. Lakin heç kəsin, nə hakimiyyətin, nə də bir qrup vətəndaşın qüvvədə olan qanunları pozmağa, vəziyyəti absurd səviyyəyə, ya da hakimiyyətlə qarşıdurmaya gətirib çıxarmağa haqqı yoxdur. Bu qanun pozuntusudur və bunu edənlər Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26