Atambayevin iqamətgahı xüsusi təyinatlılarla döyüşdən sonra (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün Qırğızstanın sabiq prezidenti Almazbəy Atambayevin Koy-Taş kəndindəki iqamətgahına hücum edən xüsusi təyinatlılar onu həbs etməyə çalışıb.
Nəticədə Atambayevin tərəfdarları ilə xüsusi təyinatlılar arasında toqquşma baş verib, 1 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Xüsusi təyinatlılar sabiq dövlət başçısını saxlaya bilməyib.
İnterPosta.info döyüş meydanına çevrilən iqamətgahın son görüntülərini təqdim edir:
mənbə:qaynarinfo
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26