Interposta.Info

Atambayevin bütün tərəfdarları Qırğızıstan həbsxanalarından buraxıldı

Dünya
 6-10-2020, 10:49     534

Köy-Taş hadisələrində təqsirləndirilənlər Bişkek SIZO-1-dən sərbəst buraxılıb.

2019-cu ilin avqust ayında təhlükəsizlik qüvvələri keçmiş prezident Almazbek Atambayevin evinə basqın etmək məcburiyyətində qalıb, çünki o, bir qanuni oğrunun sərbəst buraxılması, korrupsiya və s. işlərdə istintaqa getməyi rədd edib.

Atışma zamanı bir xüsusi təyinatlı əsgər həlak olub, daha bir neçə nəfər Atambayev tərəfdarları tərəfindən əsir götürülüb, lakin sonra qiyamçıların lideri təslim olub.
Prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və Milli Təhlükəsizlik Dövlət Komitəsi Doqquzuncu Xidmətinin keçmiş əməkdaşı Kanat Saqımbayev həbsxanadan sərbəst buraxılanlar arasında olub. Küçədə onları tərəfdarları qarşılayıb.

24.kg xəbər verir ki, yalnız paytaxtın keçmiş bələdiyyə sədri Albek İbraimov dəmir barmaqlıqlar arxasında qalıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26