Tiflisdə xüsusi təyinatlılar aksiyaya müdaxilə etdi: parlamentin ətrafı təmsizlənir
Xüsusi təyinatlılar Tiflisdə parlamentin ətrafını etirazçılardan təmizləməyə başlayıb.
Xüsusi təyinatlılar aksiya iştirakçılarının canlı səddini yarıb.
Hazırda Rustaveli prospektində aksiyanın dağıdılması davam etdirilir. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Buna baxmayaraq, polis aksiya iştirakçılarının quraşdırdığı çadırları dağıdıb və parlamentin iki girişi etirazçılardan təmizlənib.
Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçı saxlanılıb./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26