Interposta.Info

Ərəb koalisiyasının Yəmənin şimalına endirdiyi zərbələr zamanı 13 nəfər ölüb

Dünya
 30-07-2019, 14:20     10 356

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi həvə qüvvələrinin Yəmənin şimalında Saada əyalətinin Katabir şəhərinə hücumları nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr əhalinin sıx olduğu bazara endirilib. Nəticədə daha 23 nəfər də xəsarət alıb ki, onların 11-i uşaqdır.

Üsyançı husilərin hərbi qüvvələrinin Sanadakı rəsmi nümayəndəsi Yəhya Saria Katabirə hücumu hərbi cinayət adlandırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26