Interposta.Info

Səudiyyəyə dəhşətli hücum: Neft obyektləri, hava limanları, hərbi baza...

Dünya
 29-01-2020, 19:49     485

Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramko” şirkətinə məxsus neft obyektlərini vurub.

Husilər Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramko”nun neft obyektlərini və Abha hava limanına hücum edib.

Bildirilir ki, əsasən zərbələr hava limanındakı anbarlara və digər hərbi texnikaların saxlanıldığı yerlərə yönəlib.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında "Saudi Aramko"nun iki zavoduna hücum gerçəkləşdirilmiş və zavodlarda uzunmüddətli yanğınlar olmuşdu.

***

Səudiyyə Ərəbistanına məxsus neft obyektlərinə endirilən raket zərbələri ilə bağlı husilər açıqlama yayıb.

Husilərin rəsmisi Yəhya Seri öncə Yəmənin paytaxtı Sənaya edilən raket hücumunun qarşısını aldıqlarını söyləyib.

O qeyd edib ki, Cev və Marib şəhərlərində 2500 kvadrat kilometrdən çox ərazini ələ keçiriblər. Nehm bölgəsi tamamilə husilərin nəzarətinə keçib.

Seri öz mövqelərinə edilən hücuma qarşılıq olaraq çox sayda raket və pilotsuz hava aparatı ilə Cazanda yerləşən "Aramko"nun neft obyektlərini, Abha və Cizandakı hava limanlarını və Xamis Muşaytdakı bir hərbi baza və ölkədəki bəzi həssas nöqtələri hədəf aldıqlarını söyləyib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26