Interposta.Info

ABŞ-ın nüfuzlu jurnalı Rusiya ilə İran arasındakı yaxınlığın real səbəblərindən yazdı

Dünya
 15-07-2019, 21:18     10 317

ABŞ-ın nüfuzlu “The National Interest” jurnalı Rusiya və İran arasında əməkdaşlığın real səbəblərindən yazıb.

Müəllif Nadya Qlebova tərəfidən qələmə alınan yazıda Rusiya tərəfinin Qərbi Asiyadakı proseslərə marağının ilk növbədə İranın öz sərhədlərinə yaxın yerləşməsinə bağlayıb.

Onun bildirdiyinə əsasən, Moskva ABŞ və İran arasındakı böhranın öz milli təhlükəsizliyinə zərər vurmasını arzu etmir.

Müəllif Kremlin İran məsələsi ilə əlaqədar siyasətində 3 əsas istiqamət qeyd edib.

Bunlardan birincisi, Rusiyanın özündə müsəlman əhalini artması və onun ölkədaxili siyasi proseslərə təsirini gücləndirməsi ilə bağlıdır. Hazırkı dövrdə Rusiyanın müsəlmanların sayı son 30 ildə 2 dəfə artaraq 20 milyona çatıb. Moskva İran kimi dövlətlərin müsəlmanlarda müxtəlif qruplar arasında siyasi və sosial çaxnaşma yaratmaq imkanı əldə etmək perspektivindən çox narahatdır.

İkinci istiqamət, Rusiyanın təsir dairəsi ilə əlqədardır. Belə ki, Kreml Azərbaycan, Türkmənistan və Ermənistanda siyasi və iqtisadi elitaların bir hissəsində populyarlığını qoruyub saxlaya bilib. Həmin ölkələrdəki cəmiyyətlərin bir təbəqəsi Rusiyanın onlara radikal islamın qarşısını almağa köməklik göstərəcəyini güman edirlər. Bundan başqa, adları çəkilən dövlətlərin Tehranla ənənəvi bağları mövcuddur.

Üçüncü istiqamət isə, iki ölkə üçün üst-üstə düşən humanitar və iqtisadi risklərə toxunur. Hazırki dövrdə Rusiya və İran özlərini unikal sivilizasiyalar kimi təqdim edərək xarici siyasətdə uğursuzuluqlarını ört-basdır etməyə çalışırlar.

Ümumilikdə isə, Rusiya tərəfi geopolitik oyunçu olaraq mövqelərini qorumaq və müsəlman dünyasında münaqişələrə birbaşa daxil olmadan burada baş verən proseslərə təsir göstərməyə cəhd edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26