Interposta.Info

Poroşenko mitinqdən qovuldu - Video

Dünya
 11-07-2019, 13:44     10 337

Ukraynanın Zakarpatya əyalətinin Svalyava şəhərində sakinlər ölkənin eks-prezidenti Pyotr Poroşenkonun yolunu kəsərək, onu “Qanba” (“rüsvayçılıq” - ukraynca) şüarları ilə mitinq təşkil olunan ərazidən qovublar.

Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yazıb.

Məlumata görə, şəhərdə seçki öncəsi təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. Sakinlər Poroşenkonun mitinq ərazisində peyda olduğunu görən kimi müxtəlif şüarlar səsləndirib, onun Ukrayna ordusunu soyduğunu bildiriblər. Kütlənin içindən bir nəfər Poroşenkonun pencəyindən tutmağa müvəffəq olsa da, eks-prezident cangüdənlərinin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26