Interposta.Info

Petro Poroşenkonun mətbuat katibi istintaqa çağırılıb

Dünya
 6-06-2019, 21:06     10 410

Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko dindirilməyə çağırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Tseqolkonun çağırılmasına dövlət başçısının administrasiyasından serverlərin yox olması səbəb olub. Həmçinin stullar, divar kağızları və bayraqlar da yoxa çıxıb.

Daha əvvəl S.Tseqolko bütün avadanlıqların Poroşenkonun vəsaiti hesabına icarəyə götürüldüyünü, ardından isə sahibinə qaytarıldığını bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26