Interposta.Info

Petro Poroşenko yeni partiyaya üzv qəbul olunub

Dünya
 30-05-2019, 22:09     10 346

Ukraynanın beşinci Prezidenti Petro Poroşenko yaratdığı yeni Avropa Həmrəyliyi Partiyasının üzvlük biletini alıb. Bu barədə Poroşenko mətbuata açıqlamasında bildirib.

“Bu gün yeni partiyaya üzv oldum. Məqsədimiz Ukraynanın Avropa İttifaqı, NATO-ya doğru siyasətini dəstəkləməkdir”, - deyə Poroşenko əlavə edib.

Qeyd edək ki, mayın 24-də Petro Poroşenkonun Bloku adını dəyişərək Avropa Həmrəyliyi Partiyası adlandırıb. Parlament seçkilərində partiyanın qərargah rəhbəri Sergey Berezenko təyin edilib. Mayın 31-də yeni partiyanın ilk qurultayı keçiriləcək./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26