Interposta.Info

Poroşenkonun Putinə gizli zəngi:

Dünya
 29-04-2017, 00:20     580

Rusiya lideri Putinlə Ukrayna Prezidenti Poroşenko arasında gizli telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, iddiaya görə, Ukrayna ilə Rusiya bir-birini qarşılıqlı olaraq ittiham etsələr də, Putinlə Poroşenko telefon əlaqəsini saxlamaqdadırlar. Belə telefon əlaqələrindən biri aprelin birinci ongünlüyündə baş tutub. Kiyevin təşəbbüsü ilə baş tutan danışıq 20 dəqiqə davam edib və liderlər Donbasdakı vəziyyəti müzakirə ediblər.

“Kommersant” qəzeti Kiyev və Moskvadakı mənbələrinə istinadla yazıb ki, söhbət yüksək səviyyədə keçib, hətta prezidentlər zarafatlaşıblar. “Prezidentlər zarafat etməyə məcbur idilər, çünki belədə bir-birinə qarşı kəskin ifadələr işlətməkdən qaçmaq olur, - qəzetin Moskvadakı mənbəsi bildirib. - Sonda Putinlə Poroşenko konkret nəticəyə gəlməyiblər. Yalnız “humanitar sahədə bəzi razılaşmalar” əldə edilib”.

Qəzetin Kiyevdəki mənbəsi isə bildirib ki, telefon danışığında əsirlərin dəyişdirilməsi, Donbasa ərzaq, su, elektrik enerjisinin, o cümlədən qondarma qurumdakı pensiyaçıların təqaüdünün verilməsi müzkirə edilib. Poroşenko isə deyib ki, əgər özünü qondarma qurumun rəhbəri elan edənlər elektrik enerjisi haqqını ödəməsələr, Kiyev onu kəsəcək.

İddialarda o da bildirilir ki, liderlər telefon əlaqəsi barədə açıqlama verməmək barədə razılaşıblar. Məqsəd isə Poroşenkonun əleyhdarlarına ona qarşı “satqın” yarlığını yapışdırmaq şansı verməməkdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26