Interposta.Info

Aygül Əliyeva Almaniyada etirazlara başçılıq etdi

Dünya
 16-05-2019, 19:37     10 311

Bavariyanın Bayroyt şəhərində tələbələr ifrat sağçı "Almaniya üçün alternativ" partiyasının üzvü Hans-Tomas Tilşnayderin onların universitetində islam hüququ üzrə mühazirə keçməsinə qarşı etiraz aksiyası təşkil ediblər.

Virtualaz.org frankenpost.de saytına istinadən bildirir ki, etiraz aksiyasında ən aktif iştirakçılardan biri azərbaycanlı tələbə Aygül Əliyeva olub.

Təhlükəsizlik xidmətinin əməkdaşları və polis nümayişçilərin aksiyanın keçiriləcəyi binaya girməsinə imkan verməyib.

Hans-Tomas Tilşnayder polisin qoruması altında binaya keçib, lakin bir neçə dəqiqədən sonra onu tərk edib, çünki heç bir tələbə mühazirəyə gəlməyib. Küçədə isə onu "Bizim universitetimizdə nasist təbliğatına yer yoxdur!" şüarı və anti-natsist plakatları ilə qarşılayıblar.

Azərbaycandan olan tələbə Aygül Əliyeva Ku-kluks-klanı xatırladan plakat qaldırıb.

"İslamı rədd edən bir insanın burada islam hüququndan dərs deməyə çalışması məni çox narahat edir", - deyə azərbaycanlı tələbə bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26