Interposta.Info

Şri-Lankada kilsələrdə və otellərdə partlayışlar: azı 160 nəfər ölüb, 400-ə yaxın insan yaralanıb - VİDEOLAR

Dünya
 21-04-2019, 11:56     10 334

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.

Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb. Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.

***10:40

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

***

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində azı 52 nəfər həlak olub, 300-dən artıq insan isə yaralanıb.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

XXX

09:40

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 42 nəfər həlak olub.

XXX

09:23

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 20 nəfər həlak olub.

Partlayışların kimin tərəfindən törədildiyi barədə məlumat verilmir.

XXX

09:16

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 3 oteldə partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 80 nəfər xəsarət alıb.

Bildirilir ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışların digər təfərrüatları barədə məlumat verilmir.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26