Interposta.Info

Dağıstanda 90-a yaxın insan xəstəxanaya yerləşdirilib

Dünya
 23-03-2019, 20:03     10 367

Dağıstanın Xasavyurd şəhərində 90-a yaxın insan kəskin bağırsaq infeskiyası ilə xəstəxənaya yerləşdirib.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zərərçəkənlərin əksəriyyəti uşaqlardır.

Dağıstan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi saytında bildirilib ki, hazırda xəstəxanada 86 xəstə var, onlardan 72-i uşaqdır: “Zərərçəklənlərin vəziyyəti yüngül dərəcəlidir, ağır vəziyyətdə olanlar yoxdur”.

Dağıstanın səhiyyə naziri Camaluddin Hacıibrahimov situasiyanı nəzarətə götürüb. Epidimoloji araşdırma üçün hadisə yerinə mütəxəssislərdən ibarət qrup göndərilib, infeksiyanın yaranma səbəbləri araşdırılır. Nazirin sözlərinə görə, hazırda onların əsas məqsədi Xasavyurdda su gətirilməsi və əhalini qaynadılmamış su içməmək barədə məlumatlandırmaqdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26