Interposta.Info

8 min müsəlmanı öldürən prezidentə cəza - Tarixi qərar

Dünya
 21-03-2019, 10:00     10 351

Beynəlxalq Cəza Məhkəməsinin Apellyasiya Şurası "Bosniya qəssabı" kimi tanınan Serbiyanın sabiq prezidenti Radovan Karaciçlə bağlı yekun qərarını açıqlayıb.

Məhkəmə 1994-cü ildə törədilmiş Srebrenitsa qətliamının əsas səbəbkarlarından Karaciçi ömürlük həbsə məhkum edib.

Bununla da 3 il davam edən apellyasiya prosesi başa çatıb.

Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26