Interposta.Info

Ərdoğandan ötən əsrin dəhşətli soyqırımı haqda -

Dünya
 11-07-2017, 18:45     500

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Srebrenitsa qətliamı”nın 22 illiyinə görə mesaj yayıb.

Axar.az xəbər verir ki, Ərdoğan qanlı hadisə ilə bağlı mesajında bunları qeyd edib:

“Eyni küçəni, şəhəri və ölkəni paylaşan insanları bir-birinə düşmən edən irqçi, islamofobik və etnik nifrəti qızışdıran ideologiyaların məşhurluq qazanmasının qarşısı alınmalıdır”.

Qeyd edək ki, keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi (1991-1995) zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu qanlı olay tarixə “Srebrenitsa soyqırımı” kimi düşüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26