ABŞ-da növbəti qanlı olay:

ABŞ-ın Miçiqan ştatında yerləşən Mərkəzi Miçiqan Universitetində silahlı atışma baş verib.
Axar.az xəbər verir ki, ilkin məlumatda 2 nəfərin olay zamanı yaralandığı bildirilib.
Cinayətkar isə hadisə yerindən qaçıb.
Şahidlərin sözlərin görə, olayı törədən şəxs qaradərilidir. Polis həmin şəxsin axtarışlarına başlayıb.
Qeyd edək ki, son aylarda ABŞ-ın təhsil ocaqlarında bənzər qanlı olaylar səngimir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26