Interposta.Info

Ermənipərəst senator ABŞ prezidenti ola bilər: İrəvan indidən xəyal qurmağa başladı belə...

Dünya
 23-01-2019, 13:38     10 320

ABŞ-ın Kaliforniya əyalətindən olan senator Kamala Herris 2020-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərinə qatılacağını bildirib.

Dəfələrlə ABŞ-ı qondarma “erməni soyqırımı”nı tanımağa çağıran Harris, Amerikanın müxtəlif əyalətlərində uydurma “soyqırım”ın tanınmasında fəal iştirak edib. Amerikalı senatorun ölkəsinə sığınan erməniləri hər mənada himayə etməsi də bilinən gerçəklər sırasındadır.

K.Herrisin ABŞ prezidenti ola bilmə ehtimalı indidən erməni mətbuatında müxtəlif aspektlərdən dəyərləndirilməkdədir. Ermənilərin bir çoxu hesab edir ki, Herrisin ABŞ prezidenti olması onun Ermənistan və ermənilərə daha böyük ölçüdə dəstəyinə rəvac verə bilər./moderator.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26