Interposta.Info

Mənbiçdə ABŞ hərbçilərinin olduğu restoran partladıldı – 14 ölü

Dünya
 16-01-2019, 18:32     10 306

Suriyanın şimalında YPG terrorçularının nəzarətində olan Mənbiç şəhərində güclü partlayış olub.

Avropa.info xəbər verir ki, partlayış şəhər mərkəzindəki Kasr əl-Umra restoranında, saat 14:00 radələrində baş verib.

Verilən xəbərlərə görə, partlayış nəticəsində 14 nəfər ölüb. Ölənlərdən 2 nəfəri ABŞ hərbçisidir. Partlayışda xeyli sayda insan yaralanıb.

Partlayış zamanı restoranda ən azından 15 ABŞ hərbçisinin olduğu bildirilir. Hadisə yerinə təcili olaraq ABŞ helikopteri gəlib.

Hadisəni İŞİD öz üzərinə götürüb. Partlayışın “canlı bomba”nın həyata keçirdiyi bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26