Interposta.Info

İran telekanalının jurnalisti ABŞ-da həbs olunub

Dünya
 16-01-2019, 09:22     10 492

İranın PressTV telekanalının qadın jurnalisti Mərziyə Haşimi Vaşinqtonda saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü telekanalın "Twitter" mikrobloquna yerləşdirilən məlumatda deyilir.

"Bizə PressTV-nin jurnalisti və "xəbərlər"in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil", - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26