Interposta.Info

Türkiyədə su anbarında şlüz dağıldı - ƏTRAF ƏRAZİLƏR TƏHLÜKƏDƏDİR

Dünya
 14-12-2018, 13:32     10 232

Türkiyənin Diyarbəkir vilayətində Dəclə çayında eyniadlı su anbarının şlüzlərindən biri dağılıb.

Trend-in məlumatına görə, bunun nəticəsi olaraq Dəclə çayında suyun səviyyəsi xeyli artıb.

Ətraf ərazilərdə yaşayan sakinlərin təxliyəsi istisna olunmur.

Hadisənin səbəbləri və təfərrüatlar barədə məlumat verilmir.

İnterPosta.info bilməyənlər üçün xatırladır ki, şlüz gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğudur.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26