Interposta.Info

Pensərçay çayında sahilbərkitmə işlərinin aparılmasına 1 milyon manat ayrılıb

Ölkə
 12-06-2019, 19:25     10 281

Prezident İlham Əliyev "Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Azərtac xəbər verir ki, sərəncamla Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26