Interposta.Info

İlham Əliyevdən Samuxla bağlı 3 sərəncam: 23 milyon manat ayrıldı

İqtisadiyyat / Manşet
 25-06-2020, 11:35     1 020

Prezident İlham Əliyev Samux rayonunun Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncamla beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 19,1 milyon (on doqquz milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

***

Prezident İlham Əliyev "Samux rayonunun Çobanabdallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncamla Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

***

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26