Interposta.Info

İlham Əliyev sərəncam imzaladı: 2,9 milyon manat ayrıldı

Ölkə
 27-03-2019, 16:42     10 458

Prezident İlham Əliyev "Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

İnterPosta.info
xəbər verir ki, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26