Həyəcan təbili: Azərbaycanın əsas çayı necə yox olur? (VİDEO)
Kür çayında suyun səviyyəsi sürətlə azalır. Mövcud vəziyyət son həftələrdə daha da intensivləşib. Bu isə ciddi narahatlıq doğurur. Hazırda qış fəslinin olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə vəziyyət daha da pisləşə bilər. Sakinlər suya tələbatın daha çox olduğu yay aylarında su qıtlığı ilə üzləşəcəklərini düşünürlər.
Kür çayında suyun səviyyəsi sürətlə azalır. Görüntülər Sabirabad rayonundandır.
Mövcud vəziyyət insanların ciddi narahatlığına səbəb olur. Xüsusilə çayın sahilində yerləşən rayonların sakinləri qeyd edirlər ki, bu azalma iki ildir ki, müşahidə olunur, son həftələrdə isə daha da intensivləşib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, bugünə olan məlumata əsasən bəzi məntəqələrdə suyun səviyyəsi dəyişməyib. Çayın Şirvan şəhəri ərazisindən keçən hissəsində suyun səviyyəsi 119 sm təşkil edib. Ötən il isə bu göstərici 207 sm idi. Bankə qəsəbəsi ərazisində suyun səviyyəsi 111sm-dir. 2021-ci ildə bu rəqəm 152 sm təşkil edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26