Interposta.Info

Fransa hökumətindən geri addım

Dünya
 4-12-2018, 14:15     373

Fransanın Baş naziri Eduar Filipp ölkədə dizel yanacağına verginin artırılması qərarını dayandıra bilər.

Trend-in məlumatına görə, bu qərarın hakim partiya deputatları ilə görüş zamanı açıqlanacağı gözlənilir.

Qeyd olunur ki, dizel yanacağına verginin artırılması qərarı bir neçə ay müddətinə təxirə salına bilər.

Xatırladaq ki, bu qərarla əlaqədar Fransada noyabrın ortalarından etibarən etiraz aksiyaları və iğtişaşlar davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26