Interposta.Info

Amerikalı kişi Donald Trampı öldürməyi planlaşdırdığını etiraf edib

Dünya
 3-12-2018, 13:44     478

Şimali Dakotadan olan kişi ABŞ Prezidenti Donald Trampa sui-qəsd planlaşdırdığını etiraf edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, sui-qəsdin 2017-ci ilin sentyabrında, D.Trampın vergi islahatını müzakirə etmək üçün Mandandakı Neft Emalı Zavoduna gəldiyi zaman edilməsi planlaşdırılıbmış.

Etirafçı şəxs ABŞ liderinin limuzinini oğurlanmış yükqaldırıcının köməyi ilə aşırmaq niyyətində olub. Hüquq-mühafizə orqanları bu informasiyanı təsdiqləyib.

Şübhəlinin müdafiəçisi bu şəxsin ciddi ruhi xəstəlikdən əziyyət çəkdiyini iddia edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26