Interposta.Info

Nikol Kidman Donald Trampı dəstəkləyib -

Dünya
 14-01-2017, 07:29     623

 Nikol Kidman Donald Trampı dəstəkləyib -

Hollivud ulduzlarından fərqli olaraq aktrisa Nikol Kidman amerikalıları Donald Trampı dəstəkləməyə çağırıb.

Aktrisa bunları deyib: "Kim olmasına baxmayaraq Tramp prezident seçilib və biz bütün ölkə olaraq onu dəstəkləməliyik".

Nikol Kidmanın kimə səs verdiyi isə məlum deyil. Qeyd edək ki, D.Trampın inauqurasiyası bu il yanvarın 20-də keçiriləcək.

İnauqurasiyadan bir gün sonra isə tanınmış şəxslərin Trampa qarşı Vaşinqtonda və başqa ştatlarda yürüş keçirəcəyi gözlənilir. Bu yürüşdə müğənni Şer və Keti Perri, aktrisalar Skarlett Yoxonsson Culianna Mur, Frensis Makdormend, Amerika Ferrera və Emi Şumer iştirak etmək istədiklərini bildiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26