Interposta.Info

Fransa prezidentinə sui-qəsdin qarşısı alındı

Dünya
 6-11-2018, 17:24     10 369

Fransa prezidenti Emmanuel Makrona qarşı sui-qəsd cəhdi olub.

Bu barədə Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi məlumat yayıb.

Sui-qəsdi planlaşdıran 6 nəfər həbs olunub. Prezidentə qəsd etmək istəyənlərin radikal qüvvələrin tərəfdarlarının olduğu ehtimal edilir. Onların tutulması üçün Fransanın İzer, İl və Vilen, Mozel rayonlarında əməliyyat keçirilib.

Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. Saxlanılan şəxslər cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26