Interposta.Info

Fransa Türkiyə ilə PKK arasındakı münaqişənin həllində

Dünya
 30-03-2018, 15:01     10 437

Fransa Türkiyənin yanvar ayında Suriyanın şimalındakı kürd döyüşçülərə qarşı başlatdığı hərbi əməliyyatlarda vasitəçilik etməyi təklif edib.

Türkiyə Suriya münaqişəsində Afrini İD yaraqlılarından alaraq bölgəyə nəzarəti həyata keçirən YPG qüvvələrin bu ərazidən hərbi yolla çıxarıb.

Fransa prezidenti Emmanuel Macron YPG daxil olmaqla kürd hakimiyyətli Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvləri ilə görüşüb.

Cənab Macron Türkiyə və silahlılar arasında dialoqa ümid etdiyini bildirib.

Fransa son illərdə özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən törədildiyi iddia edilən bir sıra ölümcül hücumlarla, o cümlədən, 2015-ci ildə 130 adamın öldüyü Paris hücumu ilə üzləşib.

SDQ İD ilə mübarizədə ABŞ-ın əsas müttəfiqidir və kürd YPG qruplaşmasının əsas hissəsini təşkil edir.

Fransa və ABŞ onlara silah verib və qrupa İD-ə qarşı mübarizəsini dəstəkləmək üçün təlimlər keçib. Fransa prezidenti Suriyadakı təhlükəsizlik zonasının "sabitliyini" dəstəkləyəcəyini söyləyib (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26