Interposta.Info

Britaniya kəşfiyyatının “Apollon” əməliyyatı:

Dünya
 11-09-2018, 15:19     10 408

Bu ilin martında Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalı və qızı Yuliyanı “Noviçok” əsəb-iflic qazı ilə səhərləyən iki QRU əməkdaşını deşifrə edən Rusiyanın Romadakı səfirliyində işləyən “Apollon” ləqəbli casusdur.

Bu sensasion məlumatı “Daily Express” nəşri kəşfiyyatdakı mənbəyə istinadən yayıb.

Qəzetin yazdığına görə, Skripalları zəhərləyən, “Aleksandr Petrov” və “Ruslan Boshirov” ad-soyadlarından istifadə edən QRU zabitləri Rusiyanın bu kəşfiyyat strukturunun növbəti uğursuzluğu nəticəsində ifşa edilib. Onları Mİ6 tərəfindən bu yaxınlarda ələ alınmış rusiyalı diplomat tanıyıb və əsl kimliklərini açıqlayıb.

Bildirilir ki, Rusiyanın Romadakı səfirliyində işləyən həmin “köstəbək” uzun aylar ərzində Britaniya kəşfiyyatının diqqətində olub, nəhayət o əməkdaşlıq etməyə razılıq verib. Bu, Solsberidəki kimyəvi silah hücumunun ardınca baş verib.

Qəzet bildirir ki, həmin rusiyalı diplomat səfirlikdə xidmət etsə də əslində onun işi NATO-nun fəaliyyətinə dair məxfi informasiyalar toplamaqdan ibarət idi. Bir dəfə özünü incəsənət əsərlərinin alverçisi kimi təqdim edən Mİ6 agenti ilə söhbət zamanı həmin diplomat etiraf edib ki, Qərbə mühacirət etmək istərdi. Çünki Rusiya prezidenti Vladimir Putinin Qərblə üzücü münaqişəni həll edəcəyinə ümidlərini itirib.

Britaniya kəşfiyyatının “Apollon” əməliyyatı:

Solsberidə kimyəvi hücum baş verəndən sonra “Apollon” ləqəbli həmin rusiyalıya “yaşıl işıq” yandırılıb və aprelin əvvəllərində onu Britaniyaya aparıblar. Orada “Apollon” Rusiya kəşfiyyatının beynəlxalq şəbəkəsinə dair əhatəli məxfi məlumatlar verib. Aprelin əvvəllərində Britaniya kəşfiyyatı Solsberi əməliyyatını həyata keçirən şübhəlilərin ilk fotolarını əldə edəndə onu “Apollon”a göstəriblər. Casus “Petrovu” və “Boshirovu” dərhal tanıyıb, onların əsl adlarını açıqlayıb. Həmin məlumatlar əsasında Britaniya kəşfiyyatı QRU zabitlərinin izlərinə düşüblər. Onların “Petrov” və “Boshirov” adı altında 2 il ərzində 30 dəfədən çox Avropaya səfərlər etdiyi üzə çıxıb. Skripalların zəhərlənməsindən sonra isə onlar bir daha “Petrov” və “Boshirov” familiyaları ilə daşıdıqları xarici pasportu istifadə etməyiblər.

Xatırladaq ki, Britaniya kəşfiyyatı Skripalların zəhərlənməsi əməliyyatında həmin QRU zabitləri ilə yanaşı daha 4 rusiyalının iştirak etdiyini müəyyənləşdirib. Onlar hamısı bir yerdə “Çistilşiklər” dəstəsinin üzvləri olublar. Dəstənin qalan üzvləri də Böyük Briyaniyaya martın 2-də gedib, amma ayrı-ayrı şəhərlərin aerportlarından istifadə ediblər. Onların vəzifəsi Skripalları güdmək və əməliyyatı həyata keçirən agentlərə kənardan dəstək vermək idi./Virtualaz.org

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26