Interposta.Info

Donetsk separatçılarının lideri Zaxarçenko öldürüldü - Foto

Dünya
 31-08-2018, 21:31     10 328

Tanınmamış “Donetsk Xalq Respubikası”nın hüquq-mühafizə orqanlarının əməkdaşları Zaxarçenkonun qətlində şübhəli bilinənləri saxlayıbıar.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, “ukraynalı diversantlar və onlarla əlaqəli olan şəxslər” saxlanılıb.

Mənbənin bildirdiyinə görə, şübhəlilər Boqdan Xmelnitski küçəsində saxlanılıblar, küçə üzrə hərəkət dayandırılıb. Şübhəlilər avtomobildə hərəkət edərkən tutulublar.

Donetskin mərkəzində baş vermiş partlayış nəticəsində tanınmamış “DXR”in başçısı Aleksandr Zaxarçenko həlak olub. O, aldığı yaralardan xəstəxanada ölüb.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə güc strukturlarından məlumat verilib.

Mənbəyə görə, partlayış Donetskdəki “Separ” restoranında baş verib.

interposta.info

Donetsk separatçılarının lideri Zaxarçenko öldürüldü - Foto
Donetsk separatçılarının lideri Zaxarçenko öldürüldü - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26