Londonda partlayış olub - FOTO

Britaniyanın paytaxtı London şəhərində partlayış olub.
"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Paul Vuud özünün "Twitter" səhifəsində bildirib.
Onun sözlərinə görə, hadisə Vervur-Roudda qeydə alınıb. Partlayışın ardından yanğın baş verib.
Partlayışın başvermə şəraiti araşdırılır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, ötən ay da Londonda partlayış olub. BBC-nin binası yanında avtomobil partladılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26