Interposta.Info

Yeni Zelandiyada müəllimlər tətil edir: 400 min şagirdin məşğələsi ləğv olunub

Dünya
 15-08-2018, 15:28     10 368

Yeni Zelandiyada müəllimlərin ümummilli tətili 400 min şagirdin məşğələsinin ləğv olunması ilə nəticələnib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tətildə 29 min müəllim iştirak edir. Onların hamısı “New Zealand Educational Institute” həmkarlar ittifaqının üzvüdür. Etiraz aksiyaları ölkənin bütün iri şəhərlərində və regional mərkəzlərdə keçirilir. Etirazçılar növbəti iki il ərzində əməkhaqqının 16 faiz artırılmasını və siniflərdə şagirdlərin sayının azaldılmasını tələb edirlər.

Bu, son 24 ildə Yeni Zelandiyada müəllimlərin ilk tətilidir. Ölkənin paytaxtı Vellinqtonda etirazçılar tələblərinin yerinə yetirməyəcəyi təqdirdə iki günlük tətilə hazır olduqlarını bildiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26