Interposta.Info

Tbilisidə kütləvi tətil - Metro iflic oldu

Dünya
 4-06-2018, 11:27     10 311

Tbilisi Metropoliteninin maşinistləri kütləvi tətilə başlayıblar

“Sputnik” agentliyinin məlumatına görə, maşinistlər hökumətdən əmək haqlarının artırılmasını tələb edirlər.

Tətili maşinistlərin həmkarlar ittifaqı olan “Ertoba 2013” təşkil edib. Maşinistlər tələbləri yerinə yetirilməyənə qədər etiraz edəcəklərini açıqlayıblar.

Etiraz aksiyası artıq metropolitenin fəaliyyətini iflic edib. Tbilisi meri Kaxa Kaladze isə maşinistlərin etirazını kəskin tənqid edən bəyanat yayıb. O bu etirazları Gürcüstan xalqına qarşı şantaj adlandırıb.

Kaladze maşinistlərin tətili zamanı əhalinin avtobuslardan pulsuz istifadə edə biləcəklərini deyib.

Qeyd edək ki, Tbilisi Metropoliteni maşinistlərinin sayı 240 nəfərdir. Onların hazırda hər saatı üçün əmək haqqı 7 laridir (2,8 dollar). Maşinistlər əmək haqlarının 10 lariyə qədər (4 dollar) artırılmasını istəyirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26