Interposta.Info

İtaliyada körpünün çökməsi nəticəsində 30 nəfər ölüb -

Dünya
 14-08-2018, 19:14     10 342

İtaliyada Morandi körpüsünün çökməsi nəticəsində biri körpə olmaqla, 30 nəfər ölüb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, "La Repubblica" qəzeti bəzi evlərin, şahidlər isə ən azı 10 avtomobilin çöküntülər altında qaldığını bildirib.

Genuyada körpünün çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliya Nəqliyyat Nazirliyindən bildiriblər.

İtaliyanın Genuya şəhərində körpünün çökməsinə ildırım səbəb ola bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu fəlakətin şahidləri iddia edirlər.

Körpünün çökdüyü yerin yaxınlığında olan yerli sakinlər çökmədən qabaq ildırımın onu vurduğunu bildirlər.

"Rai News" telekanalının məlumatına görə, körpünün çökməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyəti ağırdır. Qeyd edilir ki, körpünün çökmə anında onun üzərində 20-yə yaxın avtomobil olub. Yerli səlahiyyətlilər isə çökmənin səbəblərindən biri kimi daşıyıcı konstruksiyanın zəifləməsini göstərir. Körpü ötən əsrin 60-cı illərində inşa edilib.

İtaliyada avtoban üzərindəki körpü çöküb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Genuya şəhərindəki A-10 avtomobil yolunda qeydə alınıb.

Onlarla ölən və yaralananın olduğu bildirilir.

interposta.info


İtaliyada körpünün çökməsi nəticəsində 30 nəfər ölüb -
İtaliyada körpünün çökməsi nəticəsində 30 nəfər ölüb -
İtaliyada körpünün çökməsi nəticəsində 30 nəfər ölüb -
İtaliyada körpünün çökməsi nəticəsində 30 nəfər ölüb -
İtaliyada körpünün çökməsi nəticəsində 30 nəfər ölüb -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26