Interposta.Info

Tramp Helsinkidə Fordla Brejnevin görüşdüyü oteli seçdi

Dünya
 14-07-2018, 15:29     10 362

ABŞ Prezidenti Donald Trampın Helsinkidə qalacağı yerin adı bəlli olub.

Axar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp Putinlə görüş üçün Finlandiyaya 1 gün öncə gələcək və “Hilton Helsinki Kalastajatorppa” otelində qalacaq.

Bura Finlandiyanın ən bahalı otellərindən biridir. Oteldə bir otağın günlük icarəsi 200 avrodan 2000 avroya qədərdir.

Bu otelin yerində əvvəllər balıqçılar qaldığına görə indiyə qədər bura “Balıqçı klubu” kimi tanınıb. 1939-cu ildə burada ilk restoran açılıb. İlk otel isə 1969-cu ildə istifadəyə verilib və “Hilton” buranı 2001-ci ildə öz tərkibinə qatıb.

Otellə bağlı digər maraqlı məqam isə burada tez-tez sovet diplomatlarının qalmasıdır. Üstəlik, burada 1975-ci ildə ilk dəfə 30 ölkənin liderləri toplaşaraq Avropada təhlükəsizlik və əməkdaşlığı müzakirə ediblər. Nəticədə Helsinki razılaşması imzalanıb, Avropanın müharibədən sonrakı sərhədləri möhkəmləndirilib.

Digər tərəfdən, burada ABŞ Prezidenti Corc Fordla SSRİ lideri Leonid Brejnev arasında görüş keçirilib.

Qeyd edək ki, Putinlə Trampın görüşü 16 iyulda Helsinkidə baş tutacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26