Interposta.Info

Trampın Yaxın Şərq səfəri ABŞ büdcəsinə

Dünya
 24-05-2017, 14:56     489

Donald Trampın İsraildə qaldığı “King David” otelinin özəllikləri: robotlar, raketin belə dəlib keçə bilməyəcəyi qoruyucu şüşə və 100 milyon dollarlıq hesab

“King David” otelinin baş direktor müavini son günlərə qədər oteldə bir yenilik gözləmirdi. Bir neçə məşhur şəxslər – Kvebekin başçısı Filip Kuyyar və keçmiş qubernator respublikaçı Mayk Xakabi istisna olmaqla otelin müştəriləri sadə turistlər idi” - Newsweek yazır.

May ayının 5-dən sonra isə oteldə vəziyyət dəyişib, məlum olub ki, ABŞ prezidenti Donald Tramp 1000 nəfərlik nümayəndə heyəti ilə bilikdə rəqib “Waldorf Astoria” və yaxud “David Citadel” otellərində deyilI məhz “King David”də qalacaqmış.

Tramp nümayəndəliyi oteli tamamən bağlatdırıb. Riç bildirib ki, altımərtəbəli və 1100 otaqlı otelə milyonlarla dollar pul ödənilib. İsrail mətbuatının verdiyi məlumata görə, 28 saatlıq qonaqlama üçün bu məbləğ 100 milyon dollardır.

Baş direktor müavini Riçin dediyinə görə, Trampın gəlişi ilə əlaqədar otelin məsrəfləri və maddı itkisi də çox olub. Otel kənar şəxslər üçün bağlı elan edilib, hətta orada qalmaq üçün əvvəlcədən ödəniş edən müştərilərin də pulları geri qaytarılıb.

“Otel rəhbərliyi təkcə turistlərdən imtina etməyib. Eyni zamanda Kuyyar və Xakkabinin də oteldə qonaq edilməsindən imtina olunub. Yapon səfirliyi İsraillə əlaqələrinin 65 illiyinə həsr olunmuş tədbiri də təxirə salmalı olub”, - məqalə müəllifi Cek Mur yazır.

“King David” oteli sıradan bir otel deyil. Bu otel 1946-cı ildə Britaniyanın mandatlığı dövründə millətçilərin hücumuna məruz qalıb. O dövrdən etibarən həmin oteldə kral ailəsi və dövlət rəhbərləri - şahzadə Çarlzdan tutmuş Rusiya prezidenti Vladimir Putinə qədər bu oteldə qalıblar.
ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Corc Buş da bu otelin müştəriləri olub. Doğrudur, onlar gəlməzdən öncə də ən yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyü deyilsə də, Trampın təhlükəsizliyi üçün görülən tədbirlər sələflərindən də çox olub.

Binanın ətrafında infraqırmızı kameralar quraşdırılan hava şarları uçuşub və binanın kanalizasiyalarında hər hansı bir bombanın ola biləcəyi ehtimalına qarşı robotlar axtarışda olub. Elit nömrələrin pəncərələri raketin belə dəlib keçə bilməyəcəyi şüşələrdəndir. Bundan əlavə, kondisionerlərdən buraxıla biləcək zəhərli qazın qarşısını almaq üçün sistem quraşdırılıb.

Trampın təhlükəsizliyi üçün təkcə otel deyil, eyni zamanda İsrailin polis heyəti də qoruyub. Bu barədə açıqlama verən İsrail polisinin mətbuat katibi Mikki Rozenfeld deyib ki, polis Trampın səfər zamanı keçəcəyi hər yeri qorumaq üçün 10 000 nəfər polis və vertolyotlar iş başında olublar. İsrail polisi amerikan təhlükəsizlik xidmətinin əməkdaşları ilə birlikdə hərəkət edib.

“King David” otelinin ətrafında yerləşən uşaq bağçaları da daxil olmaqla bütün məkanlar bağlanılıb və küçədə sərbəst gediş-gəliş məhdudlaşdırılıb.

“İsrail Trampın ilk xarici səfərinin məhz Yaxın Şərqə olmasından çox məmnundur”, – məqalə müəllifi yazır.

“Maraqlı olan budur ki, Obama və Buş prezident seçilməsəydilər, İsrailə səfər etməzdilər. Hər ikisi prezidentliklərinin ikinci dönəmində İsraildə səfərdə olublar, Tramp isə 120 gündür ki, prezidentdir və İsrailə rəsmi səfər edib” – Riç münasibət bildirib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26