Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum olub:
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.
Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26