Interposta.Info

“Trampın oğlunun başı üstündəki qara buludlar sıxlaşır”

Dünya
 29-05-2018, 15:41     10 348

FTB onunla yaxın olan bir rus oliqarxının danışıqlarını izləyib
Keçən həftənin cümə günü İspaniya prokurorluğu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Rusiyanın Mərkəzi Bankının sədr müavini Aleksandr Torşinlə bağlı İspaniyada həyata keçirilən gizli dinləmələrin surətlərinin onlardan aldğını xəbər verib.

Bu adam ABŞ siyasətçiləri və ölkənin ən nüfuzlu lobbi təşkilatlarından sayılan Milli Atıcılıq Assosiasiyası ilə gizli əlaqələr qurmaqda ittiham edilir. Bundan başqa, onun Milli Atıcılıq Assosiyasiyasının 2016-cı ilin mayında Kentukki ştatının Luisvil şəhərində keçirilən qurultayında Donald Trampın eyni adlı oğlu ilə təmas yaratdığı bilinməkdədir.

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı “Yahoo News” saytında Maykl İsikoff tərəfindən xüsusi məqalə dərc edilib.
Məqalədə deyilir: “İspaniyada mütəşəkkil cinayətkarlıq fəaliyyəti ilə bağlı təhqiqatla məşğul olan prokuror Xose Qrinda FTB-nin ondan Aleksandr Torşinlə Qərbdə pul yumaqla əlaqədar fırıldaqlarda adı hallanan, “Kristal” zavodunun keçmiş direktoru Aleksandr Romanov arasındakı telefon danışıqlarının şifrədən təmizlənmiş variantlarını istəyib. Həmin danışıqlarda Romanov Torşini “El padrino”, yəni “Xaç atası” adlandırıb.

“Trampın oğlunun başı üstündəki qara buludlar sıxlaşır”

“Bir neçə ay bunda qabaq biz bu danışıqların surətlərini Federal Təhqiqat Bürosuna təhvil vermişik”, - Vaşinqtonda yerləşən “Hudson institute” analitik mərkəzində çıxış edən X.Qrinda Yahoo News-un sullarına cavab verərkən deyib. Jurnalist ondan bu danışıqlarda kiçik Donald Trampın və digər ABŞ dövlət xadimlərini təşvişə salacaq xüsusların olub-olmadığını soruşanda Qrindanın cavabı belə olub “Trampın oğlu üçün qorxulu məqamlar var”.

İsikoff bunu belə şərh edir:

“Qrindanın sözləri FTB-nin Torşinin fəaliyyətini Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran prokuror Robert Müllerin apardığı təhqiqat çərçivəsində yoxladığını göstərir.

Torşin Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur. O, Kremlin tapşırığı ilə ABŞ-ın mühafizəkar siyasi gücləri ilə çoxsaylı təmaslar yaradıb. 2016-cı ildə isə Torşin Donald Trampın yaxın çevrəsi ilə yaxınlaşmağa və yuxarıda da bəhs edildiyi kimi kiçik Donald Trampla görüşməyi bacarıb.

İspaniyalı prokurorun sözlərinə görə, FTB İspaniya Milli Qvardiyasına verdiyi sorğuda bu materiallarla nə üçün maraqlandığını söyləməyib.

Lakin ABŞ tərəfi həmin materiallardan məhkəmədə istifadə etmək istəyirsə, onlar daha yuxarı məqamlara, yəni İspaniya hökumətinə rəsmi şəkildə müracət etməlidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26