Interposta.Info

Kreml bu ölkədə öz adamını prezident etmək üçün işə başladı

Dünya
 7-05-2018, 15:04     10 452

Rusiya Prezident Administrasiyası Strateji Tədqiqatlar İnstitutunun siyasi texnoloqlarına Ukraynanın elektoral potensialının dəyərləndirilməsi üçün xüsusi tapşırıq verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində yayıb. Timçuk Kremlin sifarişi ilə aparılacaq araşdırmaya rusiyalı politoloq Aleksey Çesnakovun rəhbərlik edəcəyini bildirib. Onun sözlərinə görə, Kreml Rusiyada idarəolunan səsvermə həyata keçirməklə bərabər, Ukraynada aktiv seçkiqabağı təbliğat işi də aparmaq istəyir.

O, Kremlin xüsusilə 2 milyonluq rusiyayönlü əhali və Kreml təbliğatına həssas olan Ukrayna vətəndaşları ilə işləməyi planlaşdırdığını deyib. Kreml bunun hesabına özünə sərf edən namizədi prezident seçkisinin ikinci turuna çıxartmağı və daha sonra qalib etməyi planlaşdırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26