Interposta.Info

Kreml məşhur milyarderi İrəvana göndərdi

Dünya
 24-04-2018, 17:47     10 382

Rusiyalı məşhur milyarder Samvel Karapetyan səfər edib.

Axar.az xəbər verir ki, Karapetyan səfəri zamanı Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusu Ermənistandakı siyasi vəziyyət və iqtisadi sferadakı reformlar olub.

Qeyd edək ki, Samvel Karapetyan Ermənistan hakimiyyəti ilə çox sıx əlaqələrə sahibdir.

Samvel Karapetyan Ermənistanda həmçinin İnvestorlar Klubunun yaradıcısı hesab edilir. Məhz Karen Karapetyanın 2017-ci ilin əvvəllərində baş nazir təyin olunmasından sonra onun nüfuzunun artırılması üçün Samvel Karapetyan dərhal ölkəyə 840 milyon dollar dəyərində yatırım edəcəyini bildirib.

Rusiyalı milyarder “Taşir” şirkətinin sahibidir. Bu şirkət Ermənistanın bütün energetika sahəsində tam hakimiyyətə sahibdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26